FIDE latviyalı şahmatçı Andrey Strebkovsu 12 illik diskvalifikasiya edib.
Buna səbəb 43 yaşlı şahmatçının qadın həmkarlarına, o cümlədən yetkinlik yaşına çatmayanlara qeyri-etik şəkillər də daxil olmaqla təhqiredici və qeyri-münasib materialların göndərməsi olub.
Daha əvvəl qurumun Etika və İntizam Komissiyasının Apellyasiya Palatası A.Strebkovsu FIDE-nin etika və intizam məcəlləsinin bir neçə pozuntusunda təqsirli bilib və onu FIDE reytinqli bütün tədbirlərdən beş illik kənarlaşdırıb. Lakin şahmatçının etirazından və apellyasiya şikayətindən sonra məsələ hərtərəfli araşdırılıb, Apellyasiya Palatası DNT analizi və polis istintaqının nəticələri də daxil olmaqla təqdim edilmiş sübutları təsdiqləyib.
Nəticədə şahmatçının qadağa müddəti 12 ilə qədər uzadılıb və əməllərinin ağırlığı, xarakteri əsas gətirilərək onun qrossmeyster dərəcəsi ləğv edilib.