"Zirə" Moldova səfərində qələbə qazandı

12 İyul, 12:19 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsi başlanıb.
“Zirə” ilk oyuna Moldovada çıxıb. Rəşad Sadığovun komandası “Şerif”in qonağı olub. 1-ci hissədə meydan sahiblərinin cüzi üstünlüyü qeydə alınsa da, onların cəhdləri nəticə verməyib. Fasilədən sonra da mübarizə gərgin məcrada davam edib. 80-ci dəqiqədə “Zirə”nin qolkiperi Tyaqu Silva rəqibin təhlükəli zərbəsindən sonra qola imkan verməyib. Görüş ərzində inamla müdafiə olunan komandamız vaxtın bitməsinə 2 dəqiqə qalmış hesabı açıb. 2 mövsüm “Sabah”da çıxış edəndən sonra yenidən “Zirə”yə qayıdan Davit Volkov rəqibin qapısına yol taparaq “qartallar”a minimal hesablı qələbə qazandırıb. Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-i keçiriləcək. 

CANLI YAYIM