Güləşçilərimiz reytinq turnirində mübarizəyə başlayır

6 İyun, 12:00 Sosial mediada paylaşın:
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri başlayacaq.
Yarışda ölkəmizi həm yunan-Roma, həm də sərbəst güləş yığmamız təmsil edir. Turnirin ilk günü sərbəst yığmamızın 5 üzvü xalça üzərinə çıxacaq.  Əliabbas Rzazadə 57 kq, Hacı Əliyev 65, Turan Bayramov 74, Maqomedxan Maqomedov 97  və Giorgi Meşvildişvili isə ən ağır çəki dərəcəsində qüvvəsini sınayacaq. Turnir Bakı vaxtilə saat 12:30-da başlanacaq. Reytiq yarışı iyunun 9-dək davam edəcək.

CANLI YAYIM