Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında ikinci oyununu keçirib.
Elşad Quliyevin komandası İtaliya yığması ilə üz-üzə gəlib. Görüşdə hesabı italiyalılar açsalar da, millimiz əzmkarlıq nümayiş etdirib. Rəvan Kərimov və Mirmehdi Rzayevin qolları sayəsində 2:1 hesabı ilə qalib gələn yığmamız vahid lider olub. Bu nəticədən sonra komandamız pley-offa vəsiqəni təmin edib. Futbolçularımız son turda Fransa ilə qrup liderliyi uğrunda yarışacaq. F qrupun digər matçında isə Fransa Belçika ilə qarşılaşıb. Bu oyun 3:3 hesabı ilə yekunlaşıb.