Çexiya millisi 14 ildən sonra dünya çempionu oldu

27 May, 12:05 Sosial mediada paylaşın:
Çexiyada xokkey üzrə dünya çempionatına yekun vurulub. 
Praqada keçirilən final matçında meydan sahibləri Çexiya yığması ilə İsveçrə millisi üz-üzə gəlib. Mundial tarixində ilk dəfə həlledici oyunda qarşılaşan bu komandaların görüşündə azarkeşlər məhsuldar oyunun şahidi olmayıb. İlk iki periodda qapılara qol vurulmayıb. Amma son bölümdə oyun tamamilə meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Matçda hesabı 30-cu dəqiqədə David Pasternak açıb. 10 dəqiqə sonra David Kampf fərqi artırıb. Beləliklə də, İsveçrə seçməsini 2:0 hesabı ilə məğlub edən Çexiya millisi 14 ildən sonra mundialın qalibi olub. Bununla yanaşı, çexlər tarixlərində 7-ci dəfə dünya çempionluğunu qazanıb. Yeri gəlmişkən, bu komanda mundiallarda 14-cü medalını qazanmaqla bu göstəricidə Rusiya yığmasını geridə qoyub. İsveçrə xokkeyçiləri isə son 11 ildə ardıcıl 3-cü dəfə turnirin finalında uğursuzluqla üzləşib.  3-cü yer uğrunda oyunda isə İsveçlə Kanada yığmaları qarşılaşıb. Məhsuldar keçən qarşılaşmada İsveçlə Kanada kollektivləri qarşılaşıb.  Nəticədə Kanada seçməsinə 4:2 hesabı ilə qalib gələn İsveç xokkeyçiləri 2018-ci ildən sonra ilk dəfə dünya çempionatında medal qazanıb. Kanada yığması isə məhz həmin tarixdən sonra ilk dəfə mundialda medalsız qalıb. Xatırladaq ki, növbəti dünya çempionatı gələn il İsveç və Danimarkada keçiriləcək.

CANLI YAYIM