"Boston" seriyada 2-ci qələbəsini qazandı

24 May, 13:00 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında pley-off mərhələsidavam edir.
Şərq Konfransının konfransının final mərhələsinin 2-ci oyununda “Boston Seltiks”lə “İndiana Peysers” üz-üzə gəlib.  Ötən oyun  overtaymda qalib gəlməyi bacaran “Seltiks” bu dəfə daha inamlı təsir bağışlayıb. Hərçənd ilk periodda “Peysers” rəqibinə ciddi müqavimət göstərib. Amma 2-ci perioddan təşəbbüsü ələ alan meydan sahibləri fasiləyə 7 xal fərqilə öndə yollanıb. İkinci hissədə Co Mazzulanın komandası təzyiqi daha da artırıb. Nəticədə “İndiana”ya 126:110 hesabı ilə qalib gələn “Boston” seriyada fərqi artırıb. “Seltiks”in heyətində 40 xal toplayan Ceylen Braun matçın ən məhsuldar oyunçusu olub. “Peysers”in heyətində isə ən yaxşı nəticəyə Paskal Siakam imza atıb. Kamerunlu basketbolçu meydanı 28 xalla tərk edib. Bu komandalar arasında növbəti görüş mayın 26-da İndanapolisdə keçiriləcək. MBA finalına seriyada 4 qələbə qazanan komanda yüksələcək.

CANLI YAYIM