"Atalanta" Avropa Liqasının qalibi oldu

23 May, 12:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında 2023-2024-cü illər mövsümünün final matçı keçirilib.
İrlandiyanın paytaxtı Dublində “Atalanta”  “Bayer Leverkuzen”lə üz-üzə gəlib. Görüşdə hesabı İtaliya klubu açıb. 12-ci dəqiqədə Ademola Lukman Davide Zappakostanın ötürməsini lazımınca dəyərləndirib. 26-cı dəqiqədə nigeriyalı hücumçu özünün və komandasının 2-ci qolunu vurub. İlk hissə Berqamo klubunun 2 top fərqli üstünlüyü ilə yekunlaşıb. 75-ci dəqiqədə Ademola Lukman het-trik edib. Qalan dəqiqələrdə Bayer hücumlarını gücləndirsə də bu cəhdlər nəticəsiz qalıb. Beləliklə “Atalanta” 3:0 hesablı qələbə ilə tarixində ilk dəfə Avropa turnirlərində çempion olub. “Bayer”in isə 51 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub. Növbəti mövsüm hər 2 komanda Çempionlar liqasında mübarizə aparacaq. 

CANLI YAYIM