Poçettino "Mançester Yunayted"ə, Tuxel "Çelsi"yə gedə bilər

22 May, 13:00 Sosial mediada paylaşın:
“Çelsi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən Maurissio Poççettino yenidən Premyer Liqa klubunu çalışdıra bilər. Britaniya medisaında argentinalı mütəxəssisin “Mançester Yunayted”in baş məşqçi olmaq ehtimalı haqqda xəbərlər yazılıb. Mankunyanlar Erik Teen Haqın işindən narazıdırlar. Amma hələ də niderlandlı məşqçi ilə bağlı yekun qərar verilməyib. Xatırladaq ki, “Mançşester Yunyted” Premyer Liqanı 60 xalla 8-ci, Poçettinonun “Çelsi” isə 63 xalla 6-cı yerdə başa vurub. Argentinalı mütəxissin rəhbərliyi ilə London klubu ümumilikdə 51 oyunda 27 qələbə qazanıb və 10 dəfə heç-heçə edib. 14 görüşdə isə məğlub olub.
 Yeri gəlmişkən, “Çelsi” rəhbrliyi isə Poçettinonun yerini komandanın sabiq məşqçisi Tomas Tuxellə doldurmaq istəir. “Bayern Münxen”dən ayrılacaq almaniyalı məşqçisinin yenidən Londonon klubunda işləyə biləcəyi xəbəri yayılıb. Tuxelin transferlərdə əsas söz sahibi olacağı halda komandaya qayıda biləcəyi vurğulanır. Xatirladaq ki, 2021-2022-ci illıərdə “Çelsi”də işləyən almaniyalı məşqçi klubla Uefa Çempionlar Liqası, Uefa Super Kuboku və klublar arası dünya çempionatının qalibi olub.

CANLI YAYIM