Musa Qurbanlı "Yurqorden"dən getmək istəyir

21 May, 12:10 Sosial mediada paylaşın:
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı böyük ehtimalla yayda komandasını dəyişəcək. Bizim.Media xəbər verir ki, 22 yaşlı hücumçu oyun təcrübəsindən əziyyət çəkdiyi üçün “Yurqorden”də qalmaq fikrində deyil. Cari mövsüm İsveç çempionatında cəmi 2 matçda iştirak edən Qurbanlı Türkiyənin I Liqa klublarından təkliflər alsa da, bunu qəbul etməyib. Hücumçu karyerasını Avropada davam etdirmək istəyir. “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədər olan forvardın icarəyə verilməsi gözlənilir.

CANLI YAYIM