Dortmund "Borussiya"sı ÇL-in finalılna yüksəldi

8 May, 12:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.
“Siqnal İduna Park”da “Pari Sen-Jermen”i minimal hesabla məğlub edən “Borussiya” Dortmund bu dəfə “Park De Prens”də rəqibinin qonağı olub. İlk hissədə qarşılıqlı hücumlara baxmayaraq hesab açılmayıb. Fasilədən sonra Aımaniya klubu önə çıxıb. 50-ci dəqiqədə Yulian Brandtın yerinə yetirdiyi künc zərbəsindən sonra Mats Hummels başla fərqlənib. Üstünlüyünü möhkəmlədən Dortmund futbolçuları qalan vaxtda daha çox müdafiədə etibarlı oynamağa çalışıblar.  “Pari Sen-Jermen” futbolçuları tamamilə təşəbbüsə yiyələnərək oyuna nəzarət etsə də, çoxsaylı hücumlar fayda verməyib. Borussiya Dortmund sərfəli nəticəni qoruyaraq ümumi hesabda üstün olub  - 2:0. Bununla Almaniya klubu 11 il sonra UEFA Çempionlar Liqasında finala vəsiqə qazanıb. 2013-cü ildə “Uembli”də keçirilən həlledici görüşdə “Bayern” Münxen “Borussiya” Dortmundu 2:1 hesabilə məğlub edərək titula yiyələnmişdi.

CANLI YAYIM