"Şamaxı" qələbə qazanaraq zirvəyə yüksəldi

17 May, 11:00 Sosial mediada paylaşın:
1-ci divizionun 26-cı turunda Misli Premyer Liqasına yüksəlmək uğrunda mübarizə aparan liderlərin oyunu diqqət mərkəzində olub.
“Qaradağ” Lökbatan “Şamaxı”nı qəbul edib.  Məhsuldar keçən görüşün ilk hissədə 3 qol vurulub. Meydan sahiblərindən Seyxan Fərəcov 14-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 31-ci dəqiqədə bu dəfə qonaqlar 11 metrlik zərbə yerinə yetirmək hüququ qazanıblar. Emin Zamanov da fürsəti qaçırmayıb. Fasilə ərəfəsində Xəlil Bəşirov “Qaradağ” Lökbatanı yenidən önə keçirib  - 2:1. Lakin 2-ci yarıda qonaqlar dönüş ediblər. Emin Zamanov daha 2 qol vuraraq het-trik müəllifi olub. Bununla “Şamaxı” ardıcıl 5-ci qələbəni qazanaraq zirvəyə yüksəlib. Ramiz Məmmədovun komandası 17 oyundur uduzmur. “Şamaxı”nın hesabında 54 xal var. “Qaradağ Lökbatan” rəqibindən yalnız 1 xal geri qalır. Sonuncu turda “Şamaxı” “Araz Saat”lını qəbul edəcək. “Qaradağ Lökbatan” isə Mingəçevirin qonağı olub.

CANLI YAYIM