"Barselona" və "Real Sosyedad" 36-cı turda qələbə qazandı

17 May, 12:00 Sosial mediada paylaşın:
İspaniya La Liqasında 36-cı tur yekunlaşıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardan “Real Sosyedad” “Valensiya”nı qəbul edib. “Yarasalar”ın da bu oyuna qədər riyazi cəhətdən avrokubok zonasına yüksəlmək imkanı var idi. Lakin Ruben Baraxanın komandası azarkeşlərini məyus edib. “Real Sosyedad” Andre Silvanın 3-cü dəqiqədə vurduğu yeganə qolla qələbə qazanaraq xallarının sayını 57-ə çatdırıb. Bununla Baskoniya klubu Avropa Liqasına vəsiqə verən 6-cı pilləyə qalxıb. 5 oyundur qələbə qazana bilməyən “Valensiya” isə 48 xalla 9-cudur.
Çempion “Real” Madridin ən yaxın izləyicisi “Barselona” 36-cı turda aşağı diviziona düşdüyü dəqiqləşən “Almeria”nın qonağı olub. Kataloniya futbolçuları 14-cü dəqiqədə Fermin Lopesin vurduğu qolla hesabı açıblar. Qonaqlar fasilədən sonra daha bir qol vurublar. Fermin Lopes dubl edərək mübarizəyə nöqtə qoyub. “Almeria” – “Barselona” 0:2. Xavi Ernandesin komandası hazırda 79 xalla 2-cidir. Sona 2 tur qalmış “Barsa” 3-cü yerdə qərarlaşan “Jirona”nı 4 xal qabaqlayır.

CANLI YAYIM