MotoGP yarışında reqlament dəyişəcək

7 May, 11:45 Sosial mediada paylaşın:
MotoGP üzrə dünya çempionatında 2027-ci ildən etibarən reqlament dəyişikliyi həyata keçiriləcək.
Yeni qaydalara görə, yarış motosikletləri ekoloji tələblərə cavab verəcək. Bununla əlaqədar çempionatda mübarizə aparacaq komandaların istifadə etdikləri mühərriklərin ölçüsü azaldılacaq. Nəticədə ümumi göstəricilər nəqliyyatdakı şərtlərə yaxınlaşdırılacaq. Mövsüm ərzində isə komandaların istifadə edəcəyi mühərriklərin sayı 7-dən 6-ya endiləcək. Bununla yanaşı, mühərriklərin həcmi 22 litrdən 20 litrə qədər azaldılacaq. Həmçinin aerodinamikada da dəyişilklilər həyata keçiriləcək. Bütün bunlar yarışda ötmələrin sayının artırılmasına şərait yaradacaq.   

CANLI YAYIM