Bu gün PSJ ilə "Borussiya" üz-üzə gələcək

7 May, 11:15 Sosial mediada paylaşın:
Bu gün UEFA Çempionlar Liqasında finalçının biri məlum olacaq. Yarımfinalın cavab oyununda PSJ doğma arenada “Borussiya Dortmund”u qəbul edəcək. Almaniyadan minimal hesablı məğlubiyyətlə qayıdan Fransa çempionu azarkeşləri önündə mərhələ adlamağa çalışacaq. Dortmunddakı görüşdə zədələnən Lukas Ernandes və uzun müddətdi zədəli olan Presnel Kimpepbe bu qarşılaşmada iştirak etməyəcək. Komandanın baş məşqçisi Luis Enrike oyundan ənənəvi mətbuat konfransında hədəflərinin final olduğunu deyib: “Bu futboldur. Bəzən hər şey sənin lehinə gözəl gedər. Bəzən isə əksinə. Qısa vaxt ərzində ardıcıl 2 qol da vura bilərik, eyni zamanda  2 top da buraxa bilərik. Hədəfimiz finala yüksəlməkdir. Bunun üçün isə ilk növbədə cavab oyununda Borussiya kimi əla komandadan daha yüksək çıxış etməliyik. İlk qarşılaşmada hər iki tərəfin imkanları oldu və rəqib bizdən fərqli olaraq bundan yararlandı. Oyunu təhlil etmişik. Cavab matçında bizi yalnız qələbə düşündürür və qalib gəlməyə çalışacıq.
Dortmund klubunun heyətində elə də ciddi itki yoxdur. Almaniya komandası ilk görüşdəki heyətlə Fransaya gəlib. Komandanın baş məşqçisi Edin Terziç də hədəflərinin final olduğunu bildirib: “İlk görüşdə qalib gəlməyimiz bizim vəziyyətimizi yaxşılaşdırır. Amma bu bizi arxayınlaşdırmir. Çünki ötən həftədən fərqli daha hücüma meyilli, daha aqressiv bir Paris klubu ilə qarşılaşacağımızı bilirik. Hədəfimiz finaldır. Londonun Uembli arenasında çıxış edəcək komandadan biri olmaq istəyirik. Bunun üçün bizə heç-heçə də kifayətdir. Amma Parisə də qələbə dalınca gəlmişik. Komanda olaraq bir yerdə yaxşı oyunla, düşünülmüş planla hədəfimizə çatmağa çalışacıq”.
Qeyd edək ki, Bakı vaxtı ilə gecə saat 23:00-də başlanacaq. PSJ – “Borussiya Dortmund” oyununu italiyalı Daniele Orsatonun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM