"Qəbələ" 14 turdan sonra qələbə qazandı

7 May, 11:00 Sosial mediada paylaşın:
Misli Premyer Liqasında 33-cü tura “Səbail” – “Qəbələ” oyunu ilə yekun vurulub. İlk hissədə azarkeşlər 4 qol görüblər. Hesabı “Səbail”in futbolçusu Aleksadr Ramalinqom açıb. Amma 3 dəqiqədən sonra tarazlıq bərpa olunub. Osama Xalayla qapını dəqiq nişan alıb - 1:1. 32-ci dəqiqədə qonaqlar 2-ci dəfə fərqləniblər. Bu dəfə Əyyub Allaş qol vurub. Amma hissənin sonunda hesab yenidən bərabərləşib. Bu dəfə Pedro Nunu penaltini dəqiq yerinə yetirib - 2:2. Fasilədən sonra isə Səbailin qapısına 11 metrlik cəriməz zərbəsi təyin olunub. Osama Xalayla fürsəti qaçırmayıb. Qalan vaxtda üstünlüyünü qoruyan qonaqlar 3:2 hesablı qələbə qazanıblar. Beləliklə “Qəbələ” 14 turdan sonra qalib gəlib. 33 tura 20 xal toplayan komanda çempionatın autsayderidir. Ardıcıl 2-ci dəfə uduzan “Səbail” isə 42 xalla Turan Tovuzla bərabər 6-cı, 7-ci yerləri bölüşür.

CANLI YAYIM