"Zirə" və "Sabah" qələbə qazandı

6 May, 12:30 Sosial mediada paylaşın:
Misli Premyer Liqasının 33-cü turunda “Zirə” səfərdə “Turan Tovuz”la qarşılaşıb. Artıq 14-cü dəqiqədə hesab açılıb. Salofu Suma diqqət mərkəzinə düşüb. 2-ci hissənin əvvəlində meydan sahibləri tarazlığı bərpa ediblər. Fərid Nəbiyev fərqlənib. 69-cu dəqiqədə Zirə futbolçuları Sezar Meza kollinin qolu ilə yenidən hesabda önə keçiblər. Oyunda başqa qol olmayıb və minimal fərqlə qalib gələn “Zirə” 52 zalla 2-ci pilləyə yüksəlib. Tovuz təmsilçisi isə 42 xalla 7-ci yerdədir. 
Turun digər oyununda “Araz Naxçıvan” “Sabah”ı qəbul edib. 1-ci dəqiqədə Ayaz Quliyev uzaq məsafədən baxımlı qolla yadda qalıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb. “Araz Naxçıvan” 35 xalla 9-cu, Sabah isə 52 xalla 3-cüdür. Artıq çempionluğunu rəsmiləşdirən “Qarabağ”ın hesabında 76 xal var. 

CANLI YAYIM