"Neftçi" "Turan Tovuz"a, "Sumqayıt" "Qarabağ"a qalib gəldi

29 Aprel, 12:00 Sosial mediada paylaşın:
Misli Premyer Liqasının 32-ci turunda “Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. İlk yarıda qol olmayıb. Oyunda vurulan yeganə qol 2-ci hissəyə təsadüf edib. 70-ci dəqiqədə Roy Kehat “Sumqayıt”a qələbə qazandıran qolun müəllifi olub. Minimal hesablı qələbə ilə xal ehtiyyatını 50-yə çatdıran “Sumqayıt”  2-ci pilləyə yüksəlib. Artıq çempionluğunu rəsmiləşdirən “Qarabağ”ın hesabında isə 73 xal var.
“Neftçi” doğma meydanda “Turan”ı 3-0 hesabilə məğlub edib. Paytaxt klubunun ilk qolunu Filip Ozobiç vurub. 31-ci dəqiqədə Yuri Matias Tovuz klubunun qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. Oyunda son nöqtəni Rəhman Hacıyev qoyub. “Neftçi” 50 xalla 3-cü, “Turan” isə 42 xalla 7ci yerdədir. 
Autsayder “Qəbələ” 32-ci turu da məğlub başa vurub. Komanda öz meydanında “Kəpəz”ə minimal hesabla uduzub. “Gəncə” klubunun heyətində Matias Cunyor fərqlənib. Beləliklə 34 xalla 8-ci sıraya yüksəlib.

CANLI YAYIM