Alfonso Dominges Avropa çempionatında bürünc medalı təmin edib

23 Aprel, 12:20 Sosial mediada paylaşın:
Serbiyanın paytaxtı Belqradda təşkil olunan Avropa çempionatında komandamız uğurlu çıxışı ilə diqqət çəkir.  Yarışın  5-ci günündə rinqə çıxan millimizin daha 4 üzvü qələbə qazanıb. 48 kq çəki dərəcəsində qüvvəsini sınayan  Anaxanım İsmayılova 1/8 finalda erməni Lusine Gevorqyanla qarşılaşıb. Rəqibinə heç bir şans verməyən boksçumuz inamlı qələbə qazanıb.
Qadın yığmamızın daha bir üzvü Zeynəb Rəhimova da etimadı doğruldub. 52 kq çəkidə mübarizə aparan Rəhimova polşalı Nikola Primaçenkonu mübarizədən kənarlaşdırıb. Tam üstünlüklə qalib gələn boksçumuzun ¼ finaldakı rəqibi bolqarıstanlı Venelina Poptoleva olacaq. 57 kqda yarışın Məhsəti Həmzəyeva da çıxışını uğurla başa vurub. İdmançımız  1/8 finalda macarıstanlı Rebeka Dobosu məğlub edib. Həmzəyeva yarımfinal yolunda bolqarıstanlı Svetlana Kamenova ilə döyüşəcək.
Kişi boksçulardan ibarət millimizin lideri Alfonso Dominqes isə yarımfinala adlayıb. 92 kq çəki dərəcəsində mübarizə aparan Dünya çempionumuz  1/4 finalda israilli Yan Zakadan üstün olub. Yarımfinala çıxan Dominqes azı bürünc medalı təmin edib.

CANLI YAYIM