Bu gün Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək

18 Aprel, 13:00 Sosial mediada paylaşın:
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək. Saat 20:45-də 2 oyun olacaq. Turnirin əsas favoriti hesab olunan  “Aston Villa”  Fransada “Lill”in qonağı olacaq. Xatırladaq ki, İngiltərədəki ilk matçda Birmingem klubu 2:1 hesablı qələbə qazanıb.
Saat 20:45-də başlanacaq digər qarşılaşma isə İtaliyada olacaq. “Fiorentina” doğma arenada “Viktoriya Plzen”i qəbul edəcək. Bu komandaların Çexiyadakı ilk oyununda hesab açılmayıb. 
Günün digər 2 oyunu saat 23:00-da başlanır.  Ölkəmizdə də kifayət qədər azarkeşi olan Türkiyənin “Fənərbağça” klubu doğma arenada “Olimpiakos”u qəbul edəcək. Xatırladaq ki, Yunanıstandakı ilk oyunda meydan sahibləri 3:2 hesablı qələbə əldə ediblər. İstanbul təmsilçisi görüşün gedişində 0:3 hesabı ilə geriyə düşsə də, sonradan 2 qol vuraraq cavab matçı öncəsi ümidlərini saxlayıb.
Əlavə edək ki, saat 23-də başlanacaq digər qarşılaşmada Belçika təmsilçisi “Brügge” Yunanıstanda PAOK-un qonağı olacaq. Bu komandaların ilk görüşündə Belçika klubu minimal hesabla qalib gəlib.

CANLI YAYIM