Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi

18 Aprel, 12:00 Sosial mediada paylaşın:
Kişi basketbolçuların Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
İlk görüşdə "NTD-İndiqo" və "Xəzri" üz-üzə gəlib. Birinci perioddan önə çıxan "Xəzri" çətinliklə olsa da, üstünlüyünü sona qədər qoruya bilib. Yekunda NTD-ni 78:73 hesabı ilə məğlub edən Murat Dikmenin komandası finala yüksəlib. Vüqar Məmişov 18 xalla oyunun ən məhsuldar basketbolçusu olub. "Xəzri"nin finaldakı rəqibi "Neftçi" olacaq. "Sərhədçi" ilə qarşılaşan "ağ-qaralar" çətinlik çəkmədən qalib gəlib. Görüşdə "Neftçi"nin 91:73 hesablı qələbəsi qeydə alınıb. Ceyms Houtorn 19 xalla diqqət mərkəzinə düşüb. Qeyd edək ki, "Xəzri" və "Neftçi" arasındakı final matçı aprelin 20-də keçiriləcək. Saat 15-də start götürəcək oyun "İdman TV"də canlı yayımlanacaq.

CANLI YAYIM