Rafael Nadal Barselonada yenidən korta çıxır

15 Aprel, 10:00 Sosial mediada paylaşın:
Barselonada start götürən ATP turnirində Rafael Nadal da iştirak edəcək.
Yanvar ayında Avstraliyanın Brisben şəhərində keçirilən turnirində zədələndikdən sonra kortlara çıxmayan Böyük Dəbilqə seriyalı turnirlərin 22 qat qalibi qarşıdakı turnir haqda fikirlərini bölüşüb “Əlbəttə, burada olduğuma görə şadam. Barselona mənə xoşbəxtlik gətirən şəhər olub. Mən burada çox vaxt keçirmişəm. Son iki ildə az sayda yarışların iştirakçısı olduğumdan burada yenidən mübarizəyə qoşulmaq mənim üçün xoşdur. Çıxışımı davam etdirmək istəyirəm” Sitatın sonu. Qeyd edək ki, Nadal ilk mərhələdə italiyalı Flavio Kobolli ilə qarşılaşacaq.

CANLI YAYIM