Bu gün "Real Madrid"lə "Mançester Siti" üz-üzə gələcək

9 Aprel, 10:00 Sosial mediada paylaşın:
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. “Real Madrid” azarkeşləri önündə son 5 mövsümdə 4-cü dəfə “Mançester Siti” ilə üz-üzə gələcək.  “Kral klubu” David Alaba və Tibo Kurtuanın xidmətindən yararlana bilməyəcək. Baş məşqçis Karlo Ançelotti mətbuat konfransındakı çıxışı zamanı xarakter və əzmkarlığın bel oyunlarda vacib olduğunu bildirib: “Belə önəmli oyunlara həm psixoloji, həm də fiziki cəhətdən tam hazır olmaq lazımdır. Texniki cəhətdən də matça diqtə etməliyik. Əvvəlki görüşlərimizidə Siti futbolçularının yüksək pressinqi və əks hücumlarının qarşısını almaqda çətinlik çəkirdik. Sırf bu istiqamətdə məşqlərimizi gücləndirmişik. İnanıram ki, meydanda istədiyimiz futbolu göstərə biləcəyik”.
“Mançester Siti”nin heyətində əsas itkilər Kyle Uolker və Natan Akenin adı ilə bağlıdır. Pep Quardiola komandasına çətinlik yarada biləcək əsas futbolçunun Cud Bellingem olduğunu vurğulayıb: “Kayl Uolker Vinisius Cunyorun qarşısını almağı yaxşı bacarırdı. Təəssüf ki, onun yoxluğunda biz yeni həll yolları tapmalıyıq. Komandama çətinlik yarada biləcək digər futbolçu isə heç şübhəsiz Cud Belingemdir. O, texniki xüsusiyyətləri ilə yanaşı futbol intellekti ilə də seçilir. Gələcəkdə parlaq karyerası olacaq. Ançelotti ilə də xeyli inkişaf edib. Rəqibin güclü heyətinə baxmayaraq çalışacağıq ki, ilk oyunda sərfəli nəticə əldə edək.
Qeyd edək ki, “Real Madrid” – “Mançester Siti” oyunu bu gün saat 23:00-da başlanacaq. Görüşü Fransua Leteksenin başçılıq etdiyi fransalı hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM