"Borussiya" Dortmundda PSJ-yə qalib gəldi

2 May, 13:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti qarşılaşması keçirilib.
Almaniya klubu “Borussiya” Dortmund “Siqnal İduna Park” stadionunda Fransanın “Pari Sen-Jermen” futbolçuları ilə üz-üzə gəlib. Çempionlar Liqasında cari mövsümünün qrup mərhələsində də üz-üzə gələn kollektivləri yarımfinal görüşündə minimal hesab qeydə alınıb. İlk dəqiqələrdən rəqib qapısı önündə təzyiq yaradan “sarı qaralar” istəyinə 36-cı dəqiqədə çatıb. Niko Şlotterbekin uzun ötürməsindən sonra Niklas Fyülkruq qüvvətli zərbə ilə topu qapıdan keçirib. Qoldan sonra irəli atılan Fransa klubu bir neçə epizodda təhlükəli cəhdlərlə yadda qalsa da məğlubiyyətdən xilas ola bilməyib. Beləliklə görüş 1:0 hesabı ilə “Borussiya” Dortmundun xeyrinə başa çatıb. Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü mayın 7-də Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

CANLI YAYIM