Minifutbol millimiz Monteneqrodakı yarışın qalibil oldu

2 May, 12:30 Sosial mediada paylaşın:
Azərbaycanın minifutbol millisi Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.
Komandamız finala qədər bütün rəqiblərinə qalib gələrək həlledici görüşdə son dünya çempionu Rumıniya seçməsi ilə üz-üzə gəlib. Futbolçularımız 5:4 hesabı ilə qələbə qazanaraq turnirin fəxri mükafatına yiyələnib. Seçməmizin qollarını Mirmehdi Rzayev, Eşqin Tağıyev, Təmkin Xəlilzadə, Kamran Qürbətov və Seymur Məmmədov vurub. Millimizin üzvlərindən ikisi isə xüsusilə fərqlənib. Belə ki, Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, Elvin Əlizadə isə ən yaxşı futbolçusu seçilib. Qeyd edək ki, Avropa çempionatı ərəfəsində keçirilən beynəlxalq yarış milli komandalar üçün hazırlıq xarakteri daşıyır.

CANLI YAYIM