Redon Cica "Qarabağ"dan ayrılacaq

9 Aprel, 09:05 Sosial mediada paylaşın:
"Qarabağ"ın forvardı Redon Cica yeni mövsümə böyük ehtimalla fərqli komandada başlayacaq.  
Albaniyalı hücumçunun ölkəsinə qayıtmaq ehtimalı yüksəkdir.  Keçmiş klubu “Tirana”nın icarə əsasında sabiq forvardını geri qaytaracağı gözlənilir. Mövsümün son oyunundan sonra albaniyalı hücumçunun mövsümə harada başlayacağı dəqiqləşəcək.  25 yaşlı hücumçu 2023-cü il yanvarın 24-də "Qarabağ"a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

CANLI YAYIM