Qadın futbolçularımız seçmə mərhələnin ilk oyununda Macarıstan yığması ilə heç-heçə oynayıb

6 Aprel, 09:40 Sosial mediada paylaşın:
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
B Liqasının I qrupunda mübarizə aparan yığma səfərdə Macarıstanla qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 44-cü dəqiqədə Henrietta Çizar açıb. Millimizin heyətində 74-cü dəqiqədə Sevinc Cəfərzadə penaltidə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da doğma meydanda İsveçrəni qəbul edəcək.

CANLI YAYIM