Rahil Məmmədov klubunu dəyişə bilər

5 Aprel, 11:30 Sosial mediada paylaşın:
Polşanın LKS klubunda çıxış edən Rahil Məmmədov klubunu dəyişə bilər.
Yerli çempionatda mübarizə aparan “Radomyak” komandası millimizin üzvünü heyətinə cəlb etmək istəyir. Məmmədovun hazırkı klubu ilə hələ 1 illik müqaviləsi qalsa da, o, “Radomyak”a azad agent kimi keçə bilər. Çünki həmyerlimizin müqaviləsində klubunun aşağı liqaya düşəcəyi halda sərbəst qalma haqqında bənd var. Qeyd edək ki, LKS hazırda turnir cədvəlinin sonuncu pilləsində gedir.

CANLI YAYIM