"Qarabağ"ın rusiyalı qapıçısı maaşının artırılmasını istəyir

5 Aprel, 11:20 Sosial mediada paylaşın:
“Qarabağ” rusiyalı qapıçısı Andrey Lunyovu heyətdə saxlamaq üçün danışıqlara başlayıb, ancaq bu, o qədər də asan olmayacaq. 
Qolkiper maaşının 3 dəfə artırılmasını istəyir.  Hazırda ilinə 200 min dollar alan futbolçu yeni müqavilə üçün 600 min dollar tələb edir. “Qarabağ” isə bu məbləğin azaldılmasına çalışır. Əgər razılıq əldə olunmasa, Lunyov Rusiyaya qayıdaraq yerli klublardan biri ilə anlaşacaq.

CANLI YAYIM