"Fiorentina" minimal hesablı qələbə qazandı

4 Aprel, 09:15 Sosial mediada paylaşın:
İtaliya Kubokunda yarımfinal mərhələsinin ilk oyununda “Fiorentina” ilə “Atalanta” üz-üzə gəlib.
“Artemio Franki” stadionunda keçirilən görüşdə azarkeşlər maraqlı mübarizənin şahidi olub. Qarşılaşmanın əvvəlində futbolçular elə də fəallıqları ilə seçilməsələr də, sonradan florensiyalılar təşəbbüsü ələ alıblar. Ardıcıl bir neçə təhlükəli epizod yaratdıqdan sonra “Fiorentina” 31-ci dəqiqədə hesabı açıb. Rolando Mandraqora qonaqları meydanın mərkəzinə dəvət edib. 4 gün əvvəl səfərdə “Napoli”ni 3:0 hesabı ilə məğlub edən “Atalanta” fasiləyə qədər heç nə ilə yadda qala bilməyincə, ikinci hissədə təşəbbüsü ələ alıb. Amma bir neçə təhlükəli qol vəziyyəti yaratmasına baxmayaraq, qonaqlar hesabı bərabərləşdirə bilməyiblər. Beləliklə də, “Fiorentina” “Atalanta”nı 1:0 hesabı ilə məğlub edərək üstünlük qazanıb.  Komandalar arasında cavab oyunu aprelin 24-də Berqamoda keçirilkəcək.

CANLI YAYIM