"Zirə" ilk oyunda qələbə qazandı

4 Aprel, 09:00 Sosial mediada paylaşın:
Azərbaycan kubokunun 2-ci yarımfinal qarşılaşmasında “Zirə” doğma arenada qəbələni qəbul edib.
İlk hissədə hesab açılmasa da azarkeşlər fasilədən sonra 3 qol görüblər. 51-ci dəqiqədə Salifu Suma meydan sahiblərinin ilk qolunu vurub. 15 dəqəqə sonra hesab artıb. Bu dəfə Rafael Utziq sabiq komandasının qapısına yol tapıb. Görüşün sonlarinda Qəbələ futbolçuları buraxılan toplardan birinin əvəzini çıxıblar. Fares Abu Akel yekun nəticəni müeyyənləşdirib. Beləliklə “Zirə” ilk oyunda 2:1 hesablı qələbə qazanıb. Xatırladaq ki, digər cütdə “Qarabağ” bir gün əvvəl “Neftçi”ni 4:0 hesabı ilə  məglub etmişdi. Yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək. 

CANLI YAYIM