Coşqun Diniyev Türkiyədə klubunu dəyişə bilər

3 Aprel, 11:30 Sosial mediada paylaşın:
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyədə klubunu dəyişə bilər.
“Ümraniyespor”un üzvünə Birinci liqada yarışan digər klublar maraq göstərir. Həmin klublar arasında "Boluspor"un da adı var. Millimizin digər üzvü olan Vüsal İsgəndərlinin formasını geyindiyi klub yeni mövsüm üçün Coşqunu heyətinə qatmağa iddialıdır. 28 yaşlı futbolçu "Ümraniyespor"la 2023-cü il iyulun 5-də müqavilə imzalayıb. Onun hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

CANLI YAYIM