"Qarabağ"ın legioneri klubu tərk edə bilər

3 Aprel, 11:15 Sosial mediada paylaşın:
“Qarabağ”ın daha bir hücumçusu mövsümün sonunda komandanı tərk edə bilər. 
 Söhbət albaniyalı futbolçu Redon Cicadan gedir.  Hazırda Premyer Liqanın digər klublarından əlavə Cicaya Türkiyə və Albaniya klublarından ciddi təkliflər gəlib. “Qarabağ” futbolçunu satmaq istəmədiyi üçün forcardın icarə əsasında başqa kluba keçməsi də mümkündür.  Qeyd edək ki, “Qarabağ”a 2023-cü ilin yanvar ayında transfer olunan Redon Cicanın klubla 2026-cı ilin yayına qədər müqaviləsi var.

CANLI YAYIM