"Qarabağ" finalın bir addımlığında...

3 Aprel, 11:00 Sosial mediada paylaşın:
Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsində elitanın qalibi “Qarabağ” səfərdə “Neftçi” ilə üz-üzə gəlib.
Prinsipial rəqiblərin qarşılaşmasında gözlənildiyi kimi Ağdam klubu qalib gəlib. İlk hissədə Qurban Qurbanovun yetirmələri rəqib qapısından 3 cavabsız top keçirib. Toral Bayramov dubl müəllifi olub. Bütün müdafiəçiləri çaş-baş salan Marko Yankoviç isə bir qolla yadda qalıb. Görüşün sonlarında komandanın gənc hücumçusu Nəriman Axundzadə də fərqlənərək mübarizəyə nöqtə qoyub: “Neftçi” – “Qarabağ” 0:4. Bu komandalar arasında cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

CANLI YAYIM