“Vilyarreal”n baş məşqçisi Marselino Qarsiya Toral La Liqada mart ayının ən yaxşısı seçilib.
O bu mükafat uğrunda mübarizədə “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti və “Barsa”nın çalışdırıcısı Xavi Ernandesi qabaqlayıb. Qeyd edək ki, mart ayında “Vilyarreal” keçirdiyi hər 3 oyunda qalib gəlib. 9 qol vuran komanda qapısında 3 top görüb. Xatırladaq ki, ötən ilin noyabrında “Vilyarreal”a baş məşqçi təyin oluan Marseçlonyo Toral klubda vəziyyəti düzəldə bilib. La Liqada son 4 turda qalib gələn komanda hazırda 38 xalla 9-cu yerdədir.