Türkiyə klubları Benzia ilə maraqlanır

10 Mart, 10:15 Sosial mediada paylaşın:
“Qarabağ”ın futbolçusu Yassin Benzia yenidən Türkiyədə çıxış edə bilər.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Fransalı yarımmüdafiəçinin xüsusən Avropa Liqasındakı çıxışı Super Liqa təmsilçilərinin diqqətini çəkib. Komandaların adları çəkilməsə də, bir neçə elita təmsilçisinin mövsümün sonunda Benzia ilə heyətini gücləndirmək niyyətində olduğu vurğulanıb. 30 yaşlı pleymeykerin “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayında başa çatır. Benzia daha əvvəl Türkiyədə “Fənərbağça” və “Hatayspor”un formasını geyinib.

CANLI YAYIM