Bakıda idman gimnastikası üzrə dünya kuboku start götürür

5 Mart, 09:12 Sosial mediada paylaşın:
Bu gün Bakıda İdman gimnastıkası üzrə 7 -ci dünya kuboku start götürür.
Milli Gimnastika Arenasında planetin ən güclü idmançıları mükafatlar uğrunda mübarizə aparacaq.Dünya kubokunda ölkəmizi kişilərdə Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Murad Ağarzayev, qadınlardan isə Nazənin Teymurova təmsil edəcək. Milli komandamızın məşqçisi Eldar Səfərov yarışdan əvvəl hazırlıqların intensiv keçdiyi və gimnastların turnirə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki,yarışlar Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.Dünya kubokunda  67 ölkəni təmsil edən 590 idmançı çıxış edəcək.

CANLI YAYIM