Azərbaycan gimnastları Avropa Kubokunu 4 medalla başa vurdu

6 May, 12:15 Sosial mediada paylaşın:
Bakıda ilk dəfə təşkil olunan bədii gimnastika üzrə Avropa Kuboku turnirinə yekun vurulub.
Son yarış günündə gimnastlarımız uğurlu çıxışları ilə diqqət çəkiblər. Qrup hərəkətləri komandamız 3 lent və 2 topla hərəkətlərdə bürünc medallara sahib çıxıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 29,950 xal toplamaqla fəxri kürsüdə qərarlaşıblar. Daha əvvəl komandamız çoxnövçülük proqramında da 3-cü olmuşdu.
Turnirdə gənc gimnastlarımız da uğurla çıxış ediblər. İlahə Bahadırova top, Şəms Ağahüseynova isə lentlə hərəkətlərdə gümüş medala yiyələnib. Beləliklə gimnastlarımız Avropa kuboku turnirində 4 medal qazanıblar. Qeyd edək ki, turnirdə 37 ölkədən 160 gimnast öz bacarığını göstərib. Yarışlar İdman TV ilə canlı yayımlanıb.

CANLI YAYIM