Bədii gimnastika üzrə dünya kubokunda qrup hərəkətləri komandamız 2 bürünc medal qazandı

22 Aprel, 11:00 Sosial mediada paylaşın:
Bakıda bədii gimnastika üzrə dünya kuboku başa çatıb.
Yarışın son günündə qrup hərəkətləri komandamız yenə fəxri kürsüyə qalxıb.  Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət kollektiv 5 halqa ilə uğurlu çıxış edib.Onların təqdim etdiyi proqram 36.100 balla qiymətləndirilib. Yekunda gimnastlarımız 3-cü yeri tutaraq bürünc medal əldə ediblər. İlk 2 pillədə Yaponiya və İtaliya kollektivi qərarlaşıb.
Gimnastlarımız 3 lent və 2 topla hərəkətlərdə də finalda çıxış etsələr də, mükafat qazana bilməyiblər. Beləliklə qrup hərəkətləri komandamız dünya kubokunu 2 bürünc medalla başa vurub. Təmsilçilərimiz 1 gün əvvəl çoxnövçülükdə  də 3-cü nəticə göstəmişdilər. Fərdi yarışda isə Zöhrə Ağamirova lentlə və halqa ilə hərəkətlərdə finalda mübarizə aparsa da,  fəxri kürsüdən kənarda qalıb.

CANLI YAYIM