Xocalı soyqırımından 32 il ötür

24 Fevral, 12:00 Sosial mediada paylaşın:
Bu gün Xocalı soyqırımından 32 il ötür. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxındır işğal altında olan topraqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bötövlüyünü təmin edildi. Dövlət başçısının qeyd etdiyi kimi, həmin ərazilərimiz, şəhər və kəndlərimiz yenindən qurulur. Qarabağ toprağında həyat canlanır. Azərbaycan xalqı Xocalı soyqırım qurbanlarını heç vaxt unutmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

CANLI YAYIM