UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub. İstanbulda 3:2 hesablı qələbə qazanan “Qalatasaray” səfərdə “Sparta” (Praqa) ilə qarşılaşıb. 8-ci dəqiqədə meydan sahibləri hesabı açıblar. Anxelo Presiado hesabı açıb. Çox keçmədən Andulkerim Bardakçı tarazlığı bərpa edib. İlk hissə 1:1 hesabilə yekunlaşıb. 68-ci dəqiqədə Kaan Ayhan birbaşa qırmızı vərqə ilə cəzalanaraq komandasızı azlqıda qoyub. Say üstünlüyündən istifadə eədn “Sparta” futbolçuları daha 3 qol vurublar.
74-cü dəqiqədə İndrit Tuçi, 6 dəqiqə sonra isə Lukas Haraslin fərqlənib. Əlavə olunan vaxtda Yan Kuçta oyunda son nöqtəni qoyub. “Sparta” (Praqa) – “Qalatasaray” 4:1. Beləliklə İstanbul klubu mübarizəni 1/16 finalda dayandırıb.
“Sportinq” doğma meydanda “Yanq Boyz”la üz-üzə gəlib. 13-cü dəqiqədə meydan sahibləri fərqləniblər. Viktor Qyokeres diqqət mərkəzinə düşüb. İsveçrə klubunun cavab qolunu isə Silver Qanvula vurub. 1-1 İki oyunun nəticəsinə görə 4:2 hesabilə üstün olan “Sportinq” 1/8 finala yüksəlib.
“Tuluza” – “Benfika” matçında isə qapılara qol vurulmayıb. İlk görüşdə 2:1 hesabı ilə qalib gələn “Benfika” mərhələ adlayıb.
“Roma” – “Feyenord” oyununda əsas vaxt 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Niderland klubunun heyətində Santiaqo Ximenes fərqlənib. Romanın qolunu Lorentso Peleqrini vurub. Qalibin adına penalti seriyasında aydınlıq gəlib. Zərbələrdə daha dəqiq olan “Roma” futbolçuları 1/8 finala yüksəliblər.