Daha 2 güləşçimiz Avropa çempionu oldu

15 Fevral, 12:00 Sosial mediada paylaşın:
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimiz çıxışlarını başa vurublar.
Turnirin sonuncu günündə ölkəmizin daha 2 pəhləvanı Avropa çempionu olub. Digər idmançımız isə qitə yarışını gümüş medalla başa vurub. Belə ki, finala yüksələn idmançılarımızdan Nihat Məmmədli və Həsrət Cəfərov həlledici görüşdə qalib gələrək qızıl medala yiyələniblər. Daha bir finalçı Ülvi Qənizadə isə ikinci yeri tutub. Mübarizəyə qoşulan qadın güləşçilər Mariya Stadnik və Alyona Kolesnik də finala yüksəliblər. Onlar bu gün həlledici görüşlərdə müvafiq olaraq Türkiyə və Ukrayna təmsilçiləri ilə qarşılaşacaqlar. Qeyd edək ki, Avropa çempionatında digər yunan-Roma güləşçiləri Murad Məmmədov qızıl, Rəşad Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medal qazanıblar.

CANLI YAYIM