Avropa çempionatının ikinci günü güləşçilərimiz 1 dəst medal qazandı

14 Fevral, 12:00 Sosial mediada paylaşın:
Rumıniyanın paytaxtı Buxarestdə güləşçilərin Avropa çempionatı keçirilir. Yarışın 2-ci günü Yunan-roma güləşi üzrə komandamız 1 dəst medal qazanıb.
Kişilərdən 63 kq-da çıxış edən Murad Məmmədov final görüşünə çıxıb. Idmançımız Danimarka, Latviya və Rusiya güləşçilərini məğlub edəndən sonra həlledici qarşılaşmada ukraynalı atletə də gücünü göstərərək Avropa çempionu olub. 28 yaşlı Murad Məmmədov karyerasında ilk dəfə qitənin ən güclüsü adını qazanıb.
55 kq-da Rəşad Məmmədov da final qarşılaşmasında mübarizə aparıb. O, moldovalı rəqibiylə bacarmayıb. Bununla Məmmədov qitə yarışını gümüş mükafatla başa vurub.
130 kq-da isə Beka Kandelaki bürünc medal uğrunda görüşə çıxıb. O, norveçli rəqibindən üstün olaraq bürünc mükafatın sahibi olub. Bu gün yunan-roma güləşçilərimizdən daha 3-ü final qarşılaşmalarında iştirak edəcək. Nihat Məmmədli 60, Həsrət Cəfərov 67, Ülvi Qənizadə 72 kq-da uğur qazanmağa çalışacaq. Rafiq Hüseynov isə 82 kq-da təsəlliverici görüşə çıxacaq.

CANLI YAYIM