İki güləşçimiz Avropa çempionatında finala yüksəldi

13 Fevral, 12:00 Sosial mediada paylaşın:
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında ilk yarış günü arxada qalıb.
Yunan-Roma güləşində 5 təmsilçimiz mübarizəyə qoşulub. Müvafiq olaraq 55 və 63 kq-da yarışan Rəşad və Murad Məmmədovlar finala yüksəliblər. Rəşad Məmmədov yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumianı 5-1 hesabilə məğlub edib. Murad Məmmədov isə rusiyalı rəqibinə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. 87 kq-da İslam Abbasov, ən ağır çəkidə isə Beka Kandelaki bürünc medal uğrunda mübarizə aparacaq. 1/4 finalda uduzan Sənan Süleymanov isə turnirlə vidalaşıb. Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları bu gün keçiriləcək. 

CANLI YAYIM