Norveç millisi yeni rekord müəyyənləşdirdi

10 Fevral, 10:30 Sosial mediada paylaşın:
Çexiyanın Novo Mesto şəhərində biatlon üzrə dünya çempionatı davam edir.
Mundialın 4-cü günündə azarkeşlər kişi və qadınlar arasında izləmə yarışlarına şahidlik edib.  Kişilərin mübarizəsində ilk 5 pilləni norveçli biatlonçular tutub. Beləliklə də tarixdə ilk dəfə kişilərin izləmə yarışında belə bir göstərici qeydə alınıb. İlk pillədə Yohannes Bö qərarlaşıb. 5 qat olimpiya çempionu atışlarda 3 dəfə yanlışlığa yol versə də, 12,5 km məsafəni 32 dəqiqə 36,9 saniyəyə qət edib.  Beləliklə də, Yohannes karyerasında 18-ci dəfə dünya çempionatında qızıl medal qazanıb. Ondan 28,7 saniyə geridə qalan Strula Holm Leqreyd ikinci olub. Vetle Şosta Kristiansen isə 3-cü pilləyə sahib çıxıb.  
Qadınların mübarizəsində isə Juliya Simon fərqlənib.  Fransalı biatlonçu 10 km məsafəni 29 dəqiqə 54,8 saniyəyə geridə qoyaraq Çexiyada keçirilən mundialda 3-cü dəfə fəxri kürsünün üst pilləsinə qalxıb. Xatırladaq ki, Simon qarışıq estafet və sprint yarışlarında da qızıl medal qazanıb. İkinci yeri Liza Vittotsi tutub. İtaliyalı idmançı liderdən 46,3 saniyə geridə qalıb. Fransalı Jüstin Breze Buşe isə bürünc medal qazanıb.

CANLI YAYIM