"Real Madrid" liderliyə yüksəlib

2 Fevral, 12:10 Sosial mediada paylaşın:
İspaniya la liqasında 20-ci turdan təxirə salınan “Xetafe” - “Real” Madrid oyunu keçirilib.
Qonaqlar gözlənildiyi kimi ilk dəqiqələrdən təşəbbüsə yiyələniblər. Onlar 14-cü dəqiqədə üstünlük qazanıblar. Xoselu hesabl açıb. İlk hissə minimal hesabla yekunlaşıb. Fasilədən sonra da “Kral klubu” oyuna nəzarət edib. 56-cı dəqiqədə “Real” fərqi artırıb. Yenə Xoselu fərqlənərək dubl müəllifi olub. Karlo Ançelottinin komandası sərfəli hesabı sonadək qoruyaraq qələbəni təmin edib. “Xetafe” - “Real” Madrid 0:2. La Liqada ardıcıl 6-cı qələbəni qazanan “Real” çempionatda ümumən 16 oyundur uduzmur. Madrid klubu xallarının sayını 57-ə çatdıraraq yarış cədvəlində zirvəyə qayıdıb. 2 xal az toplayan “Jirona” 2-cidir. “Atletiko” Madrid 47 xalla ilk 3-lüyü tamamlayır. “Xetafe” isə hazırda 29 xalla 10-cu sırada qərarlaşıb. 

CANLI YAYIM