Azərbaycan kubokunun 1/4 final mərhələsində növbəti oyun “Sumqayıt” və “Neftçi” komandaları arasında olub. Gərginliyi ilə yadda qalan qarşılaşmada 5 qol vurulub. Hesab yarım saatın tamamında açılıb. Yeqor Boqomolski “Sumqayıt”ın qapısına yol tapıb. Fasiləyədək komandanın kapitanı dubl müəllifi olaraq fərqi 3 topa çatdırıb. Lakin ikinci hissədə təşəbbüsü ələ alan meydan sahibləri buraxılan topların cavabını verməyi bacarıb. 60-cı dəqiqədə Elvin Bədəlov komandasının ilk qolunun müəllifi olub. Ardınca Kasimir Ninqa “Neftçi”ni mərkəzə dəvət edib. Sonadək mübarizə aparan “Sumqayıt” daha bir qol vurmağı hədəfləsə də komandanın bundan artığına gücü çatmayıb: “Sumqayıt” – “Neftçi” 2:3. Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması fevralın 9-da “Neftçi Arena”da keçiriləcək.