"Qalatasaray" minimal fərqlə qalib gəldi

30 Yanvar, 11:30 Sosial mediada paylaşın:
Türkiyə çempionatının 23-cü turunda “Qalatasaray” azarkeşləri önündə “Qaziantep”lə qarşılaşıb. Hesabı qonaqlar açıblar.  29-cu dəqiqədə Arda Kızıldağ diqqət mərkəzinə düşüb. 2-ci hissədə hücumlarını gücləndirən meydan sahibləri tarazlığı bərpa ediblər. Vilfred Zaha fərqlənib. Oyunun tamamında isə Barış Alper Yılmaz 2-ci topu “Qaziantep”in qapısından keçirib. Az sonra Mauro İkardi fərqlənsə də daha sonra oyundan kənar vəziyyət qeydə alınıb. Qalan vaxtda hesab dəyişməyib. Beləliklə 2:1 hesabilə qalib gələn “Qalatasaray” xallarının sayının 60-a çatdırıb və “Fənərbağça” ilə birlikdə Superliqada 1-ci, 2-ci pillələri bölüşür. Qaziantep 23 xalla 17-cidir.
“Trabzonspor” – “Kasımpaşa” oyununda isə qonaqlar minimal fərqlə qələbə qazanıblar. Qonaqların heyətində Aytaç Kara, Haris Hayradinoviç və Nuno Da Koşta fərqlənib. Trabzon klubunun qollarını isə Enis Destan və Poyraz Yıldırım vurublar. Ardıcıl 3 məğlubiyyətə baxmayaraq “Trabzonspor” 37 xalla 3-cüdür. 5 xal geri qalan “Kasımpaşa” 7-ci pillədədir.

CANLI YAYIM