Gənc güləşçilər arasında Azərbaycan birinciliyinin ilk günündə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib

30 Yanvar, 11:00 Sosial mediada paylaşın:
20 yaşa qədər güləşçilərin Azərbaycan çempionatı başlanıb.
İlk yarış günündə sərbəst üsulla güləşdə 5 çəki üzrə ən güclülər müəyyənləşib. 57 kq-da Vasif Bağırov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Musa Verdiyev 65 kq çəkidə ən güclü olub. 74 kq üzrə mübarizədə Əhməd Əhmədli, 86 kq-da Sadiq Mustafazadə bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. Xetaq Karsanov isə 97 kq çəkidə fərqlənib.
Qeyd edək ki, bu gün sərbəst güləş üzrə 61, 70, 79 və 125 kq-da qalib və mükafatçılar müəyyənləşəcək. Növbəti 2 gündə isə yunan-roma güləşində ölkə çempionlarının adına aydınləq gələcək.

CANLI YAYIM