Tyerri Nöyvill Monakoda qalib gəldi

29 Yanvar, 14:30 Sosial mediada paylaşın:
Rallli üzrə dünya çempionatınının ilk mərhələsi başa çatıb.  Monakoda təşkil olunan yarışın 3-cü günündə liderliyi ələ alan “Hyunday”ın üzvü Tyerri Nöyvill sona qədər üstünlüyünü qoruyub. Belçikalı pilot 17 xüsusi məntəqəni 3 saat 9 dəqiqə 30,9 saniyəyə qət edərək mövsümün ilk yarışının qalibi olub. “Toyota”nın sürücüsü Sebastyan Ojye mübarizəni 2-ci sırada başa vurub. Fransalı pilot liderdən 16,1 saniyə geriyə düşüb.  İlk iki gündə liderliyi ələ alan Elfin Evans isə mübarizəni 3-cü olub. “Toyota”nın böyük britaniyalı üzvü Nöyvilldən 45,2 saniyə geridə qalıb. Sabiq dünya çempionu Ott Tyanak isə liderlər qrupuna daxil olmaq üçün sona qədər mübarizə aparsa da, istəyinə çata bilməyib. “Hyunday”ın estoniyalı pilotu 4-cü ən yaxşı nəticəni göstərib. O, finiş xəttini liderdən 1 dəqiqə 59,8 saniyə sonra keçib. Növbəti mərhələ fevralın 15-dən 18-nə qədər İsveçdə keçiriləcək. əlavə edək ki, ralli üzrə dünya çempionatı 13 mərhələdən ibarətdir. Mövsümə noyabrın 24-də Yaponiyada yekun vurulacaq.

CANLI YAYIM