"İnter" tarixində 8-ci dəfə İtaliya Superkubokunu qazandı

23 Yanvar, 11:30 Sosial mediada paylaşın:
İtaliya Superkubokunun sahibi müəyyənləşib.
Səudiyyə Ərəbiatanının paytaxtı Ər-Riyadda ölkə çempionu “Napoli” ilə kubokun sahibi “İnter” üz-üzə gəlib. “Neradzurri” gözlənildiyi kimi matçın əvvəlindən təşəbbüsə yiyələnib. Lakin fasiləyədək hesab açılmayıb. Saatın tamamında “Napoli” azlıqda qalıb. Covanni Simeone meydandan çıxarılıb. Say üstünlüyü qazanan “İnter” artırılan dəqiqədə istəyinə çatıb. Lautaro Martines fərqlənərək komandasının qələbəsini təmin edib. Beləliklə ardıcıl 3-cü dəfə superkuboku muzeyinə aparan “İnter” ümumən 8-ci dəfə bu titula yiyələnib. Komanda yalnız 9 mükafatı olan “Yuventus”dan geri qalır. “Napoli” isə indiyədək 2 dəfə superkubokun sahibi olub. 

CANLI YAYIM